“Dədə Qorqud dastanları” ilk dəfə disklə birlikdə nəşr olundu

dede qorqud dastanlari 13 kitab

On iki boyu əhatə edən 13 kitabı əməkdar artis Eldost Bayram səsləndirib
Azərbaycanda ilk dəfə olaraq, “Dədə Qorqud dastanları” uşaqlar üçün sadələşdirilmiş formada və bütün boyları ilə çap edilib.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən bilgiyə görə, “Dədə Qorqud dastanları” kitab dəsti adı keçən nəşriyyatın “İNCİ” uşaq ədəbiyyat silsiləsinə aiddir və bütün hüquqları qorunur.
5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Dədə Qorqud dastanları” dəsti 12 boyu əhatə edən 13 kitab və səsləndirilmiş elektron jurnallı CD-dən ibarətdir.
Dəst aşağıdakı ktiablardan ibarətdir: “Buğac boyu”, “Salur Qazanla yağılar boyu”, “Bamsı Beyrəyin əsir düşməsi boyu” (1-ci hissə), “Bamsı Beyrəyin əsirlikdən qaçması boyu” (2-ci hissə), “Uruzun dustaqlığı boyu”, “Dəli Domrul boyu”, “Qanturalı boyu”, “Yeynək boyu”, “Basat və Təpəgöz boyu”, “Bəkil oğlu İmran boyu”, “Uşun oğlu Seyrək boyu”, “Salur Qazanın dustaq olduğu boy” və “Dış Oğuzun İç oğuza dönük çıxması boyu”.
Azərbaycan xalqının qədim folklor nümunəsi hesab olunan “Kitabi Dədə Qorqud” dastanının boylarının uşaqlar üçün sadələşdirilməsi və mətnin qısaldılması ilə yanaşı, sözügedən məhsul özündə 200-dən çox xüsusi sifarişlə çəkilmiş rəsm səhnələrini birləşdirir. Bu rəsmlərdə dastanların süjet xəttinə uyğun səhnələr təsvir olunub və nəşrin marağını uşaqlar üçün daha da artırır.
Kitab dəstinin hazırlanmasına ümumilikdə 2 ilə yaxın müddət sərf olunub. Redaktor və uşaqlar üçün sadələşdirən: f.ü.f.d., dos. Şəmil Sadiq, naşir Müşfiq XAN, rəssam: Vasif Səftərovdur. Səsləndirmə əməkdar artist Eldost Bayrama, qrafika isə Teymur Fərziyə aiddir.

Hədəf Nəşrləri mətbuat xidməti

Bu kitabları Kitabevim.az kitab mağazasından evinizə yaxud ofisinizə sifariş edə bilərsiniz.
Kitabevim.az kitab mağazası Hədəf Nəşrlərinin pərakəndə və topdansatış mərkəzidir.
Ünvan: Yasamal r., Z.Əhmədbəyov küç. 2
(Nizami metrosu, 18 №-li məktəbin yanı) / Tel.: 055 877 24 44

Oxunma sayı: 476

Leave a Reply